Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti AÇIQLANDI. Ötən gün paytaxtın Nəsimi rayonu, Mirzəlalə küçəsində keçmiş həyat yoldaşı 44 yaşlı Amaliya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, Zaur Qəhrəmanovun reanimasiya şöbəsində davam etdirilən müalicəsi davam etdirilir. Gözünün dağlanmış yarası və kəllə-içərisində diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.