Kimdir günahkar: Sürücü yoxsa piyada? - RTV

Hər gün şəhərin küçələrində yüzlərlə insan tələsik addımlarla hara isə gedir. Lakin təəssüf ki, bu tələskənlik təkcə səkilərdə və yaxud piyada yollarında deyil, həm də maşın yollarında müşahidə olunur. Piyadalar həm öz həyatlarını, həm də sürücülərin həyatlarını çox böyük riskə atırlar. Təəssüf doğuran ən böyük məqam isə odur ki, onlar bunu piyada keçidlərinin düz bir addımlığında edirlər.

RTV müxbiri Xanım Cavanşirqızının bildirdiyinə görə, piyadaların yolu müəyyən olunmamış yerlərdən keçməsi son zamanlarda tez-tez rast gəlinən hallardandır. Halbuki bir neçə addımlıq məsafədə yerləşən piyada keçidlərindən istifadə etmək həm onların, həm də sürücülərin təhlükəsizliyini təmin edir.

Nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, yol nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz piyadaların qaydalara əməl etməməsi səbəbindən baş verir:

"Piyadalara o məsuliyyətlərini xatırlatmalıyıq. Sürücülər deyir ki, piyada məsuliyyətdən azaddır, o rahatdır. Piyada vurulanda, təbii ki, daha çox sürücü əziyyət çəkir. Sürücü stress yaşayır, sürücü həbs olunur, sürücü zərərlənir və sair. Sürücü ona sevinir ki, iki-üç il ona iş kəsilir, məntəqə tipli olur. Beş ildən yuxarı olanda artıq məntəqə tipli olmur, o