Klinik Tibbi Mərkəzin direktoru işdən çıxarıldı - RTV

Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

RTV-nin "Baku Post"a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Könül Ələkbərov özü təsdiqləyib. O bildirib ki, bu gün Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) dəvət olunaraq ərizəsi alınıb.

Könül Ələkbərov bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib. O bildirib:

"Əməkdar həkiməm, Azərbaycan Tibb Universitetində tədris olunan təcili tibb kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim, yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim."

Qeyd edək ki, Könül Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub. 2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.