Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - RTV

Kliniki Tibbi Mərkəzə yeni direktor təyin edilib. Bu vəzifəyə Musa Abbasov gətirilib.

Müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.

Musa Abbasov bu gündən etibarən yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.