Bakı şəhərində yerləşən "Vital Hospital" klinikasında baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.
Hadisənin detalları barədə "Vital Hospital"ın baş həkimi Səltənət Macidova açıqlama verib.
"Oktyabrın 17-si tarixində pasiyent ilk dəfə olaraq klinika müraciət eləyibdi. Ondan əvvəl heç bir tibbi sənədlərlə də təsdiq olunmayıb ki, heç vaxt klinikasda olmayıb. Həmin vaxtı gəlib müayinəyə keçib, ultrases müayinəsindən keçibdi, orada dölün bətn daxilində ölü olduğu bildirilibdi. Bu barədə həm xəstənin özünə, həm də xəstənin adamlarına tam ətraflı məlumat verilibdi. Digər xəstəxanaya getməkdən tamamilə imtina eləyibdi, öz istəyi ilə imzasını atıb, razılıq verərək özü öz istəyi ilə imzalayıb. Əməliyyatı icra olunubdu. Əməliyyatdan sonra xəstə öz imzası ilə uşağı aparıb patologiyaya vermək istəməyibdir. Yardırmaq istəmirlər deyə, əməliyyatdan çıxan kimi dərhal imzalayıb uşağını aparıb patologiyaya veribdir. Klinika onlardan bir qəpik də pul almayıbdı. Bətn daxilində ölü olduğu görə, orada heç bir video görüntüdə uşağın götürüldüyü, uşağın saxlanıldığı, uşağın atıldığı görünən heç bir şey yoxdur. Çünki tamamilə, həqiqətə əks olan bir şeydir. Bir müddət sonra gedib oturub, mən də fikirləşdim ki, insan yanğılıdır, insan acılıdır. Danışıb özünü boşaldacaq. Kimisə hirslənibdir, 9 ay övlad böyüdüb, uşağını itirib. Zərdab sakit olub, zərdabdan müalicəni aparıb, sonra da gedib polisə "uşağımı niyə öldürdünüz" deyə şikayət eləyib. Baxın bunlardı. Sonra verilibsə, nə verilibsə, onlar polisə verilib."Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məlumat verilib. Mərkəz tərəfindən araşdırma aparılacaq.
Baş Prokurorluqdan verilən məlumata görə, yayılan məlumatlarla bağlı araşdırma aparılır.