Rusiyanın Vladivostok şəhərində əcnəbi şəxs ictimai yerdə namaz qıldığına görə cərimələnib. Hadisə Karbışev küçəsində müşahidə olunub.
Bildirilir ki, 30 yaşlı miqrant uşaq meydançasında namaz qılıb. Yerli sakinlər tərəfindən lentə alınan görüntülərdə kişinin yelləncəklərin yaxınlığında səcdəyə getdiyi görünür. Hadisədən sonra həmin şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanları ilə söhbət zamanı əcnəbi bir daha belə etməyəcəyini bildirib. Məhkəmənin məlumatına əsasən, icazəsiz şəxs ona aid edilən inzibati xətanı etiraf edib və əməlindən peşman olduğunu bildirib. Nəticədə miqrant 35 min rubl, təxminən 832 manat məbləğində cərimələnib.