Mayın 1-dən etibarən Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Qusar, Xaçmaz, Xızı, Şabran və Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9 metrdən 20.7 metrə qədər təşkil edəcək.