Ölkədə davam edən küləkli hava şəraiti səbəbi ilə bir nəfər yıxılıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisindən yıxılma səbəbi ilə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.