Kür daşdı, bənd aşdı - RTV

Kür çayının Ağcabədi rayonundan keçən hissəsində suyun səviyyəsinin yüksəlməsi nəticəsində mühafizə bəndi yarılıb.

Hadisə rayonun Nəcəfqulubəyli kəndi ərazisində, Qarqarçayın Kür çayına qovuşduğu hissədə qeydə alınıb. Son günlər yağan aramsız yağışlar çayda suyun həcmini artıraraq daşqına səbəb olub.

Bəndin dağılması ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazi nəzarətə götürülüb. Müvafiq qurumlar tərəfindən təhlükənin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Rəsmi qurumlar vəziyyətin nəzarətdə olduğunu bildirib.