Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğuldu - RTV

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Lənkəran rayonunun Biləcər kəndi yaxınlığında yerləşən Biləcər şəlaləsində vətəndaşın boğulması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcimli Qəza-Xilasetmə Axtarış Dəstəsinin dalğıc axtarış qrupu çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin Əsif oğlunun meyiti suda tapılıb, çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.