Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ - RTV

Lənkəranda avtomobil təmiri sexində partlayış olub. Hadisə şəhər ərazisində, Füzuli küçəsində qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlının avtomobil təmiri sexində benzinlə ehtiyatsız davranması nəticəsində partlayış baş verib.

Partlayış nəticəsində İlham Qasımlı xəsarət alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bədəninin çoxsaylı yanıqları, üz və hər iki qolunun ikinci dərəcəli termiki yanıqları diaqnozu qoyulub. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.