Lənkəran rayonunun Separadi kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb. Təqribən 200 metr uzunluqda və 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çayına tökülüb.
Kənd sakinləri bildirirlər ki, sürüşmə uzun müddətdir davam edir. Çaya sel gələndə su qalxır və ətrafa daşır. Nəticədə meyvə ağacları və toyuq-cücə hinləri sel suları tərəfindən aparılır. Sakinlər həmçinin qeyd edirlər ki, sel suları bəzən evlərə qədər qalxır, hətta yaşayış məntəqələrinin içinə də daxil olur.
Yerli sakinlərdən biri vəziyyəti belə şərh edib:
"Biz dəfələrlə təşkilatlara müraciət eləmişik. Lakin keçən il yox, iniş il gəldilər, bənd vurdular orda, burda. 500 metrəyə yaxın bənd vurdular. Biz soruşduq bəs niyə davam elətdirmirsiniz? Dedi vəsaitimiz yoxdur, ona görə qalıb. Mal-qara saxlaya bilmirik, sürüşür gedir, su aparır. Dəfələrlə su gəlir, daşır. Görürsünüz, evlərə qədər su gəlib qalxıb. Elə su gəlib daşıb ki, mənim evimin içinə də girib."
Digər bir sakin isə əlavə edib:
"7-8 ildir sürüşmələr aktivləşib. Deməli, burda meyvə ağacları vardı, neçə dənə aparıb. Hardasa bir 150 metrdən çoxdur yəni sürüşmə var. Həm də evə yaxınlaşır. Burda hin tikmişdim, hinni aparıb, ikinci hinni tikmişəm. O cümlədən, qəbiristanlıq yaxındır. Yəni sel gəlsə qəbiristanlığı da apara bilər. Yəni yağışlar başlayan kimi aktivləşmə daha da irəli gedir."
Lənkəran Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev sözügedən kənddə olub və əraziyə baxış keçirib. O, vəziyyətlə bağlı açıqlama verib:
"Bununla əla