Lökbatanda dəhşətli yanğın - RTV

Bu səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində anbarda baş vermiş yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, onun daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.