Magistraturaya ixtisaslaşma seçimi başlayır - RTV

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İxtisaslaşma seçimi aprelin 15-dən mayın 4-dək, iyunun 14-dən 26-dək aparılacaq. Müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.

Bakalavrlar ixtisaslaşma seçimi müsabiqəsinə internet vasitəsilə elektron ixtisaslaşma seçimi sistemindən istifadə edərək müraciət edə bilərlər.