Masallı rayonunun Ninalov kəndində atdan yıxılan 49 yaşlı kişi həyatını itirib. Hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib.
Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb və hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.