Masazırda FACİƏ: motosiklet 4 yaşlı uşağı vurub öldürdü - RTV

Abşeronda motosiklet qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirib. Hadisə Masazır qəsəbəsində, Qurtuluş 93 yaşayış kompleksinin qarşısındakı küçədə qeydə alınıb. Məlumata görə, 19 yaşlı Babashov Atilla Rafael oğlu tərəfindən idarə olunan Minsk markalı motosiklet, yolun əks hərəkət zolağında hərəkət edən zaman 4 yaşlı Bağırov Atillanı vurub.

Hadisə nəticəsində uşaq xəsarət alıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı cinayət işi başlanılıb.