Maşın idarəetmədən çıxıb hasara DƏYDİ - RTV

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Çin istehsalı olan avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yoldan çıxıb. Nəticədə, avtomobil Gəncə şəhər Milli Dram Teatrının keçmiş binasının hasarına dəyib.

Hadisə nəticəsində avtomobildə sərnişin qismində əyləşən 1996-cı il təvəllüdlü Arzu adlı xanım xəsarət alıb. Xəsarət alan şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.