Binəqədi rayonunda avtomobildən külli miqdarda pul oğurlanıb. Hadisə ilə əlaqədar dörd nəfər saxlanılıb.
Binəqədi rayonu ərazisində BMW markalı avtomobildən sərnişin qismində əyləşən şəxsin 120 min ABŞ dolları oğurlanıb. Hadisə barədə polisə məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılanlar, əvvəlcədən tanış olduqları Əfsan Məmmədov və Samir Bəylərlidirlər. Araşdırmalar zamanı məlum olub ki, Məmmədov avtomobildə əyləşən tanışı Bəylərlinin üzərində külli miqdarda pul vəsaitinin olduğunu bilib. Bəylərli isə avtomobildən düşəcəyi vaxtı müəyyənləşdirib.
Daha sonra nəqliyyat vasitəsinin nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talan cinayətinə əl atıblar. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.