Mayda 14 gün iş olmayacaq - RTV

RTV-nin məlumatına görə, 2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb. Ümumilikdə, may ayında 14 gün qeyri-iş günü olacaq.

9 May Faşizm üzərində Qələbə Gününün şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 May da qeyri-iş günü elan ediləcək. Bununla da 9, 10 və 11 May tarixləri ardıcıl istirahət günləri olacaq.

Eyni zamanda, Mart ayında olduğu kimi, May ayında da iki bayram – Qurban Bayramı və Müstəqillik Günü eyni dövrə təsadüf edir. Bu səbəbdən 29 May da qeyri-iş günü sayılacaq. Beləliklə, 27, 28 və 29 May tarixləri ilə yanaşı, 30 və 31 May da istirahət günləri olacaq.

Nəticədə, May ayında şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü təşkil edəcək. Növbəti iş günü isə 1 İyun tarixində başlayacaq.