Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 23-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək.
Bildirilib ki, gündüz bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz isə 22-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 14-17 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə, bəzi yerlərdə isə 20-23 dərəcə isti təşkil edəcək.