Gəncə şəhərinin Məhsəti qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə nəticəsində 2004-cü il təvəllüdlü qəsəbə sakini Səma Hətəmli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadın dərhal əməliyyat edilib və vəziyyətinin ağır olduğu bildirilir. O, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında müalicə alır.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində Səma Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.