Məktəblərdə "TikTok" bloklandı - RTV

Azərbaycanın təhsil nazirinin müavini Firudun Qurbanov, Milli Məclisin İnsan hüquqları, ailə, qadın və uşaq məsələləri, həmçinin informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi komitələrinin bu gün keçirilən iclasında "TikTok"un bloklanması ilə bağlı qanun layihəsi müzakirə olunarkən bildirib ki, məktəblərdə internetə çıxışda bəzi məhdudiyyətlər tətbiq olunur.

Nazir müavini qeyd edib ki, terrorizm kimi təhlükəli mövzulara çıxış da məhdudlaşdırılıb. Ümumilikdə 200-dən çox belə təhlükəli mövzuya məhdudiyyət tətbiq olunur.