Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi - RTV

Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi fəaliyyəti ilə məşğul olan "AqrarKredit" Qapalı Səhmdar Cəmiyyətindən 100 milyondan artıq kredit götürərək vəsaiti şəxsi məqsədlərə xərcləməkdə şübhəli bilinən dörd nəfər həbs edilib. Həbs olunanlar arasında "AqrarKredit" QSC-nin baş direktoru Fuad Süleymanov, "Şəbəkə Broyler" MMC-nin direktoru Tofiq Musayev, "AqrarKredit" QSC-nin hüquqi məsləhətçisi Fazil Rüstəmov və daha üç nəfər var.

İstintaq çərçivəsində "AqrarKredit"in sabiq baş direktoru Məmməd Musayevin də adı hallanır. İddialara görə, Fuad Süleymanov, Tofiq Musayev, Fazil Rüstəmov və digər üç nəfər Məmməd Musayevlə əlbir olaraq 100 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.

Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunan şəxslər barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

İş üzrə təqsirləndirilən şəxslərdən bəziləri "AqrarKredit"in prezidentinin yaxınlarıdır. Tofiq Musayev isə onun qardaşı oğludur. Fazil Rüstəmov isə Musayevin müavini kimi işləyib.