Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə 22 yaşlı gənc batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın ictimai istirahət etmə mərkəzinə 2 kilometr aralıq dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
Qeyri-həcimli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda 2002-ci il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin batdığı ehtimal edilən istiqamətlərdə axtarış tədbirləri həyata keçirilir.