Məşhur psixoloqların əl yandıran qiymətləri – Bir seans üçün 300 manat... - RTV

Son illər psixoloq üz tutanların sayı kəskin artıb. Bəlkə də elə buna görə də paytaxtımızda və digər mərkəzi şəhərlərdə hər addımbaşı psixoloq kabinetlərinə, psixoloji xidmət mərkəzlərinə rast gəlirik. Bu yolla populyarlıq qazanan psixoloqlar həm də qiymət siyasəti aparırlar.

Hazırda yüzdən çox psixoloqların qəbuluna düşmək çox çətin deyil. Ən yaxşı halda bu, növbəli prinsipi ilə baş tutur. Qiymətlər isə fərqlidir. Bir saatlıq seansın qiyməti 50 manatdan 300 manata qədər artır. Hətta bir seansa 400 manat alan psixoloqlar da var.

RTV bizə istinadən bir sıra psixoloqların qəbul qiymətlərini öyrənib. Ölkədə tanınmış psixoloqlardan biri olan Samira Bağırova fərdi seans üçün 100 manat, cütlüklərlə aparılan seanslar üçün isə 150 manat təyin edib.

Gənc, lakin tanınmış psixoloqlardan olan Elmin Rəhimlinin seans qiymətləri də bir qədər fərqlidir. O, pasientlərdən 40 dəqiqəlik qəbul üçün 80 manat, bir saatlıq görüş üçün isə 100 manat alır.

Ən bahalı psixoloqlardan biri Təmillə Əliyevadır. Onun seansları bir saat, bir saat yarım davam edir və hər görüşün qiyməti 299 manatdır.

Nizami Orucovun da qəbul qiyməti kifayət qədər yüksəkdir - 300 manat. Bu isə ölkədə psixoloqlar arasında ən yüksək məbləğlərdən biridir.

Psixoloq Nərgiz Rüstəmovanın əvvəlki illər seans qiyməti bir saat üçün 100 manat olub. Amma hazırda psixoloq qiymətlərini qəbul etdiyi pasiyentin psixoloji durumuna görə müəyyənləşdirir.

Elnur Rüstəmovun seansları 80-100 manatdır.

Gülən Orucovanın bir saatlıq seansı 50 manatdır. Amma o, daha çox uşaqlarla işləyir və uşaqların psixoloji durumuna görə qiymət dəyişir.