Məşhur restoranda yanğın - EKSKLÜZİV - RTV

Bu gün səhər saatlarında Nərimanov rayonunda yerləşən məşhur "Top qapı" restoranında yanğın hadisəsi baş verib. Fövqəladə hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və texnikası dərhal hadisə yerinə cəlb olunub.

Yanğın genişlənməmiş, qısa müddətdə qüvvələr tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan və ya tələfat qeydə alınmayıb.

Yanğının baş vermə səbəbləri barədə hələlik məlumat verilmir. Restoran rəhbərliyi hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

Hadisə yerinə FHN-in əməkdaşları ilə yanaşı, polis əməkdaşları da cəlb olunub.