Məşhur Tiktokerin anası vəfat etdi - RTV

Tanınmış Tiktoker Vüqar Zeynəlzadənin anası vəfat edib. Bu barədə Tiktoker öz sosial şəbəkə hesabında məlumat yayıb.

Vüqar Zeynəlzadə anasının vəfatı ilə bağlı paylaşımında dərin kədərini ifadə edib. O, "Anamı itirdim... Bacımı itirirəm..." sözləri ilə bu ağır itki barədə izləyicilərinə xəbər verib.

Qeyd edək ki, Vüqar Zeynəlzadə bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, sosial şəbəkələrdə yaydığı paylaşımlarla gündəmə gəlirdi.