Saatlı rayonunda qarajdan meyit aşkar edilib. Hadisə mayın 11-i saat 14 radələrində Saatlı şəhərində baş verib.
1978-ci il təvəllüdlü Kamil Cəmil oğlu Əliyevin meyiti atasına məxsus evin həyətindəki qarajda tapılıb.
Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.