“Meyiti hissə-hissə tapdılar” - 30 il əvvəlki dəhşətli QƏTLİN TƏFƏRRÜATI - RTV

Bakıda 1996-cı ildə baş vermiş dəhşətli qətlin üstü açılıb. Məlumatlara görə, həmin il Günəşli rayonunda taksi fəaliyyəti ilə məşğul olan Günəşli Bayramov qətlə yetirilib. Qətldə şübhəli bilinən bir qrup şəxs saxlanılıb. Onlar cinayəti ört-basdır etmək məqsədilə meyidi hissə-hissə doğrayaraq Qaraçuxur qəsəbəsindəki beton örtülü boru xəttinin içərisinə atıblar.

Şübhəlilərin ifadələri əsasında aparılan axtarış tədbirləri nəticəsində hadisə yerində Günəşli Bayramovun meyidinin qalıqları aşkar olunub. Hazırda cinayət işi üzrə ilkin istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 1996-cı il aprelin 19-da Nərimanov rayonu ərazisində avtomobilində zərər çəkmiş, ipə-boğaraq tamah məqsədilə öldürdükləri Günəşli Bayramovun meyidini hissələrə ayıraraq satan əldə etdikləri vəsaitləri aralarında bölüşdürüblər. Şübhəlilərin ifadələri yerində yoxlanılıb.