Gıda Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı meyvə şirəsi adı ilə satılan məhsullarda qadağan olunmuş rəngləyici maddələr, qoruyucular və orqanoleptik göstəricilər üzrə uyğunsuzluqlar aşkar edilib.
Aparılan yoxlamalar zamanı 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək laborator müayinələrə təqdim olunub. Nəticələr göstərib ki, "Göycay Süd" və "Göycay Süd A.Ş." müəssisələrinin istehsal etdiyi məhsullarda (portaqal nektarı) qadağan olunmuş rəngləyici maddələr və qoruyucular aşkar edilib. Həmçinin, "Drop B A.Ş. Məhdudiyyətli" və "İmperial Konserv Məhdudiyyətli" müəssisələrinin istehsal etdiyi məhsullarda da orqanoleptik göstəricilər üzrə uyğunsuzluqlar müəyyən edilib.
"Tammy Junior Multimeyvə Nektarı" məhsulunda isə qadağan olunmuş dad aromatizator maddələri aşkar olunub. "Sonti Orange" məhsulunda isə qeyd olunan maddələrin istifadəsinə yol verilməyib.