"Millətimin birliyi mənə qürur verir" - RTV

Bu gün 20 Yanvar faciəsindən 36 il ötür. RTV-nin məlumatına görə, hazırda Şəhidlər Xiyabanının qarşısında böyük bir izdiham müşahidə olunur. Səhər saatlarından etibarən şəhər sakinləri, dövlət rəsmiləri və digər şəxslər Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarlarını ziyarət edirlər.

Ziyarətə gələn şəxslərdən biri bildirib:

"Mən şəhidləri ziyarət etməyə gəlmişəm. Allah şəhidlərə rəhmət eləsin. Bu 36 ildə də hər il bu cür soyuq, qar, yağış olmasına baxmayaraq, bütün günü, demək olar ki, gecə saat 9-10-a qədər insanlarımız bura axın edir."

Digər bir ziyarətçi isə yoldaşının 20 Yanvar hadisələrində şəhid olduğunu qeyd edib: "Mənim 20 Yanvarda yoldaşım şəhid olub, Rüstəmov Rövşən. Millətimin mənlə birliyi mənə qürur verir. Bizlərə qürur verir. Allah sizləri var eləsin. Allah millətimizi, dövlətimizi bizə göz qoyan, nəfis qoyan, nə bilim barmaq uzadanlardan kənar eləsin. Allah bizi xətadan, baladan hifz eləsin. Bir daha Azərbaycan xalqı acı gün yaşamasın. Şəhidlərimizə rəhmət eləyək. Onlar bizim ürəyimizdir."