Milli Onkologiya mərkəzində partlayış oldu - RTV

Bu gün günorta saatlarında Milli Onkologiya Mərkəzində partlayış baş verib.

RTV-nin müxbiri Xanım Cavanşirqızının verdiyi məlumata görə, hadisə mərkəzin otaqlarından birində, xüsusilə xəstəxananın birinci mərtəbəsində yerləşən Şüa Diaqnostika Şöbəsində qeydə alınıb.

"Partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində ölüb. Həkim-radioloq Arif Nəsirli isə xəsarət alıb. O, təcili surətdə xəstəxanaya hospitalizasiya olunub."

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. İstintaqın gedişatı nəticəsində ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.