Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin 14 iyul tarixindən etibarən start götürməsi nəzərdə tutulub.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib.
O bildirib ki, ölkə üzrə 23 müxtəlif şəhərdə və 56 müxtəlif imtahan mərkəzi hazırlıq vəziyyətinə gətirilib. Bu da 11 mindən artıq namizədin eyni vaxtda imtahan verməsinə şərait yaradır.
Nurlan İsmayılbəyli əlavə edib ki, ötən illərdə ibtidai sinif istisnası olmaqla, digər bütün fənn və bölmələr üzrə imtahanlar eyni gündə və saatda təşkil olunurdu.