MTN generalı vəfat etdi - Eldar Mahmudovun "sağ əli" idi - RTV

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əli Musayev 71 yaşında dünyasını dəyişib.

RTV telekanalının məlumatına görə, Əli Musayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəisi Eldar Mahmudovun "sağ əli" kimi tanınırdı.

Qeyd edək ki, 2016-cı ildə general Əli Musayev barəsində rüşvət iddiaları yayılmışdı. O, bütün ittihamları təkzib etmişdi.