Mübariz İbrahimovun doğum günüdür - RTV

RTV-nin məlumatına görə, fevralın 7-si Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Mübariz Ağakərimoğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib və gizir rütbəsinə qədər yüksəlib.

2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında təmas xəttində qeyri-bərabər döyüşə atılıb. Minalanmış sahəni keçərək düşmən mövqelərinə basqın edib. Saatlarla davam edən döyüşdə çoxsaylı itki verdirərək şəhid olub. O, cəmi 22 yaşında idi.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qızıl Ulduz medalı və Vətən övladı ordeni ilə təltif edilib.

Mübariz İbrahimovun son məktubundan olan "Vətən qaladır" sətirləri hər bir azərbaycanlının xatirində əbədi yaşayır.

Düz 10 il sonra Mübarizin uğrunda canından keçdiyi torpaqlara Azərbaycan əsgəri qayıtdı. Mübarizin qanı yerdə qalmadı.