Müəllimini güllələyən şagirdin valideynləri ilk dəfə danışdı - RTV

İdrak Liseyində müəllimini güllələməkdə təqsirləndirilən 10-cu sinif şagirdinin cinayət işi üzrə ilk məhkəmə iclası təxirə salınıb. Bunun səbəbi şagirdin vəkilinin prosesdə iştirak etməməsidir.

Bildirilir ki, şagirdin atası Samir Şirinov Qafqaz Info-ya verdiyi açıqlamada oğlunun belə bir hadisə törədəcəyinin heç vaxt ağlına gəlmədiyini söyləyib. O, üç övladının olduğunu, onlardan ikisinin ali təhsil aldığını və dərslərində uğurlu olduğunu qeyd edib.

"Müəlliminə qarşı belə bir hərəkət etməsi yalandır. Hadisə gözlənilmədən baş verib, hamımız şokdayıq."

deyə şagirdin atası bildirib.

Şagirdin anası isə oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu vurğulayıb. O, göz yaşlarını saxlaya bilmədiyini və ailəsinin dərin sarsıntı keçirdiyini əlavə edib.

Xatırladaq ki, bu ilin fevral ayında 10-cu sinif şagirdi atasının silahı ilə riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Ağıır yaralanan müəllim sonradan şagirdi bağışlayıb.