Bakıda İdrak Liseyində müəllimini güllələməkdə təqsirləndirilən şagirdlə bağlı məhkəmə prosesi başlayıb.
Hadisə ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsin azyaşlı olması əsas gətirilərək, prosesin qapalı keçirilməsi və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilib.
Məhkəmə vəsatətləri təmin etməyib və iş üzrə baxış iclasını iyulun 1-nə təyin edib.
Qeyd edək ki, hadisə bu il fevralın 1-də Binəqədidə yerləşən İdrak Liseyində baş verib. Şagirdin müəllimini odlu silahla xəsarəti yetirdiyi bildirilir.
Faktla bağlı cinayət məcəlləsinin "adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb.