Attestasiyadan keçməyən müəllimlərin şikayətləri Milli Məclisdə müzakirə edilib. Milli Məclisin Elm və Təhsil Komitəsinin incəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda təşkil etdiyi ictimai dinləmədə Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu çıxış edib.
Polad Bülbüloğlu bildirib:
"Biz burada millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir. Bu attestasiya 5-7 ildən bir keçirilməlidir. Orta təhsil hamıda olmalıdır. Bu bəllidir. Amma mədəniyyətlə bağlı olanda insanlıqdan başqa istedad da olmalıdır. İstedad da hər uşaqda olmur. Təklif edirəm, necə ki, Azərbaycanda xaricə xüsusi təhsil almaq üçün gəncləri göndəririk, 3-5 ildən sonra yaxşı mütəxəssis ola biləcək uşaqları bizim rayonlardan da Bakı oxumağa göndərsinlər."
Bu açıqlamalar RTV kanalında yayımlanmışdır.