"Narkokuryer" pişik tutuldu - RTV

Rusiyanın Nijni Novqorod şəhərində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək üçün istifadə olunan pişik təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Rusiya Federal Penitensiar Xidmətindən verilən məlumata görə, pişik təhlükəsizlik əməkdaşları tərəfindən müəssisənin ərazisinə daxil olmamışdan əvvəl aşkarlanıb. Hadisə yerində çağrılan təhlükəsizlik əməkdaşları pişik boyunbağlarına baxış keçirib və onların içərisində narkotik maddələr aşkar ediblər.

Pişik müayinədən keçirildikdən sonra ona heç bir zərər dəymədən sərbəst buraxılıb. Hadisə ilə bağlı araşdırma aparılır.