Masallı rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Racid Məmmədovun narkotik vasitədən istifadə etməsinə dair şübhələr yaranıb. O, tibbi müayinədən keçirilib.
Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib. Məhkəmənin qərarı ilə Racid Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.