Nazirin keçmiş müavininə yeni vəzifə verildi - RTV

Bu gün Azərbaycan Ateltika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib.

İclasda qəbul olunan qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Mariana Vasileva 2019-cu ildən 2021-ci ilə qədər Gənclər və İdman Nazirinin sabiq müavini Fərid Qayıbovun müavini vəzifəsində çalışıb. O, ötən il bu vəzifədən kənarlaşdırılıb.