Özünü "Dr. Gülü" kimi təqdim edən Gülbədə Abdullayevanın tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə, eləcə də digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı müəyyən edilib.
Bildirilib ki, fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının fəaliyyət göstərdiyi "Billur Estetik" təsərrüfat subyektində Səhiyyə Nazirliyi tərəfindən plandankənar yoxlama keçirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, aparılan araşdırma nəticəsində Gülbədə Abdullayevanın Vahid Səhiyyə İnformasiya Sistemində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı təsdiqlənib.
Bu səbəbdən, onun və onunla əməkdaşlıq edən şəxslərin əhaliyə tibb xidməti göstərməsi qanunla qadağan olunur və qanun pozuntusu hesab edilir.
Aidiyyatı şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirlərin görülməsi davam etdirilir.