Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlər saxlanıldı - RTV

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən dörd nəfər polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxslərdən üçü yetkinlik yaşına çatmadığı üçün valideynləri ilə birgə polis idarəsinə gətirilib.

Hadisə ilə bağlı abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.