"Oğluma zəng elədi ki, qardaşımı güllələmişəm" - Şağandakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI - RTV

Bakıda qətl hadisəsi baş verib. Hadisə paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb. İlkin ehtimallara görə, dünən axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində öz qardaşı, 1985-ci il təvəllüdlü Qəmbət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisənin təfərrüatları barədə rayon prokurorluğundan bildirilib ki, hadisənin təxribatı zamanı Qismət Teymurovun qardaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq, iştirakçısı qismində şübhəli şəxs qismində saxlanılıb.

Hadisə ilə bağlı Xəzər rayon prokurorluğunda istintaq davam etdirilir.