Parik taxıb cinayətlər törədən kişi həbs olundu - RTV

Bakıda dələduzluq edərkən tanınmamaq üçün parik taxan şəxs həbs edilib. Hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Nəsimi rayonunda naməlum şəxs dələduzluq yolu ilə bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.

Müəyyən edilib ki, Ərşad Səfərov zərərçəkənlərə ümumilikdə 15 min manatdan çox maddi ziyan vurub. Saxlanılan şəxsin qanunsuz əməlləri həyata keçirərkən kimliyini gizlətmək üçün süni taxma saçdan, yəni parikdən istifadə etdiyi də məlum olub.