Partlayışda xəsarət alan həkim öldü - RTV

Dünən baş verən qumbara partlaması nəticəsində xəsarət alan həkim Asif Nəsirli dünyasını dəyişib. Bu barədə RTV-yə adının açıqlanmasını istəməyən bir radioloq məlumat verib.

Hadisə dünən saat 14:00 radələrində Milli Onkologiya Mərkəzinin otaqlarından birində baş verib. İlkin araşdırmalarla müəyyən edilib ki, onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Nəsirli qanunsuz olaraq əldə edib saxladığı partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partladıb.

Partlayış nəticəsində həkim Asif Akif oğlu Nəsirovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsi əsaslı şübhələr müəyyən edilib. Baş vermiş partlayış nəticəsində Mübariz Nəsirli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma davam etdirilir.