Pensiya alanlara şad xəbər - RTV

Mayın 14-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda aprel ayının pensiyaları ödənilib. Bu barədə RTV məlumat yayıb.

Respublikanın digər bölgələri üzrə, o cümlədən güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə may ayının 20-də həyata keçiriləcək.

Pensiyaçılar ödənilən məbləği mayın 20-dən etibarən bank kartları vasitəsilə bankomatlardan nağdlaşdıra biləcəklər.