Pensiyaçılara xoş xəbər! - RTV

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. Bu barədə Nazirlikdən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən də Muxtar Respublika üzrə bu ayın pensiyası tam ödənilib. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyul ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.