Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ - RTV

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ayın pensiyalarının ödənilməsi ilə bağlı məlumat verilib.

Fonddan verilən məlumata əsasən, iyul ayının pensiyaları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşayan pensiya hüququ olan şəxslərə bu ayın 14-dən etibarən qrafik üzrə ödəniləcək.