Psixatriya Xəstəxanasında meyit tapıldı - RTV

RTV-nin məlumatına görə, Bakıda yerləşən psixiatriya xəstəxanasında meyit aşkar edilib. Hadisə Sabunçu rayonu ərazisindəki psixiatriya xəstəxanasında qeydə alınıb.

Müəssisədə müalicə alan 38 yaşlı Yolçuyev Nahid Qocaoğlunun meyiti xəstəxananın əməkdaşları tərəfindən tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.